Dünya

"Türkiyədən heç kim susqunluq gözləməməlidir"

2 Yanvar 2023 21:41
Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankara ABŞ-nin Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda Türkiyədən heç kim susqunluq gözləməməlidir:

"Biz ABŞ-nin tərəfdaşlıq ruhuna riayət etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddiyə almasını gözləyirik", - Ərdoğanın sözçüsü bildirib.

O əlavə edib ki, Ankara hardan olmasından asılı olmayaraq birtərəfli siyasətin tətbiqini qəbul etmir və ABŞ ilə münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə ümid edir.

Kalın həmçinin qeyd edib ki, Ankara ABŞ və Rusiyadan Suriya ilə bağlı 2019-cu il müqavilələri çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.