Dünya

Təyyarə güclü hava boşluğu zonasına düşüb, xəsarət alanlar var

2 Yanvar 2023 20:25
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkənd-Almatı marşrutu ilə uçan "Air Astana" aviaşirkətinə məxsus təyyarə güclü hava boşluğu zonasına düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bazar ertəsi aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hadisə nəticəsində 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Bu gün aviaşirkət Daşkənd-Almatı marşrutu üzrə KC 128 reysini həyata keçirib. Təyyarə yerli vaxtla saat 14:35-də havaya qalxıb. Uçuş zamanı təyyarə qəflətən güclü hava boşluğu zonasına düşüb. İklin məlumata əsasən, 7 nəfər xəsarət alıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, təyyarə yerli vaxtla saat 16:45-də Almatıda eniş edib.

"Təyyarənin heyəti sərnişinlərə ilkin tibbi yardım göstərib. Pilotlar hadisə barədə hava limanının xidmətlərinə məlumat veriblər. Təcili yardım maşınları yardım göstərmək üçün hava limanında sərnişinləri gözləyiblər", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, aviaşirkət baş verən hadisədən təəssüflənir və reysin sərnişinlərinə hər cür köməklik göstərəcək:

"Hadisə ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.