Dünya

Günlərdir axtarışda olan 83 yaşlı qadın ölü tapıldı - Cinayət şübhəsi

2 Yanvar 2023 07:41
Baxış: 1 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Amasya şəhərində 3 gündür itkin düşən 83 yaşlı qadın axtarışlar zamanı ölü tapılıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki,Fadik Biçer adlı qadın axtarış işləri nəticəsində tapıldıqdan sonra ekspertiza üçün morqa aparılıb.

Hadisə ilə əlaqədar qruplar araşdırma başladıb. Hazırda qadının qətlə yetirilib-yetirilmədiyi barədə araşdırma aparılır.

Şübhəli ölüm hadisəsi Amasyanın Taşova rayonunda baş verib. Əldə edilən məlumata görə, Fadik Biçerin rayonun Karabük kəndində yaşayan qohumları cümə günündən bəri ondan xəbər ala bilmədikdən sonra jandarmaya müraciət ediblər. Jandarma qruplarının iştirakı ilə kənddə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Kənd sakinlərinin də iştirak etdiyi axtarışlar nəticəsində yaşlı qadın adalar ərazisində ölü tapılıb.

Onun cansız bədəni müayinədən sonra xəstəxana meyitxanasına aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory