Dünya

ABŞ-ın dövlət katibi Rusiyaya xəbərdarlıq etdi

30 Dekabr 2022 10:29
Baxış: 1 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq edib.

Milli.Az "Report"a istinadən bildirir ki, diplomat tviterdə yazıb ki, Rusiya Ukraynaya hücumlarını dayandırmalı, qoşunlarını geri çəkməli və sülh masası arxasına oturmalıdır.

"Ukrayna sülh təklifləri irəli sürür. Moskva isə buna cavab olaraq raket zərbələri ilə kritik enerji infrastrukturuna zərbələr endirir", - E.Blinken vurğulayıb.

Qeyd edək ki, dekabrın 29-da Rusiya ordusu Ukraynada genişmiqyaslı raket hücumları həyata keçirib. Nəticədə Kiyev şəhərində 3 mülki şəxs yaralanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.