Dünya

Ölümə səbəb olan öskürək siropunun istehsalı dayandırıldı

29 Dekabr 2022 21:54
Baxış: 1 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda 18 uşağın ölümünə səbəb olan öskürək siropunun istehsalı dayandırılıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, söhbət Hindistana məxsus dərman firmasının "Dok-1 Max" adlı öskürək siropundan gedir.

Hindistan Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatı firmanın ofisində araşdırmalara başlayıb. Nəticədə şirkətin bütün qanuni icazələrə sahib olduğunu bildiriblər.

Müəssisənin hüquqşünası Həsən Harris firmanın 10 ildir fəaliyyət göstərdiyini və problemin araşdırılacağını deyib.

Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi 18 uşağın ölümünə səbəb həmin firmaya məxsus öskürək siropunun olduğunu iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.