Dünya

Rusiya qazının ixracı ən aşağı səviyyəyə düşüb

29 Dekabr 2022 08:58
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qazının ixracı son 20 ildə ən aşağı səviyyəyə düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Qazprom"un rəhbəri Aleksey Millerin sözlərinə görə, 2022-ci ilin sonuna qədər şirkət MDB-dən kənar ölkələrə 100,9 milyard kubmetr qaz ixrac edəcək.

Agentliyin hesablamalarına görə, Rusiya qazının xarici bazarlara ixracı 2021-ci illə müqayisədə 46 faiz azalıb.

Bu da əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə kimi qeydə alınıb.

Eyni zamanda, Millerin sözlərinə görə, ilin sonuna qədər qaz hasilatının həcmi 412,6 milyard kubmetr təşkil edəcək.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.