Dünya

Qadınların oxumağına qadağa qoyan Talibanların sözçüsü: “Qızlarım Qətərdə təhsil alır” - VİDEO

27 Dekabr 2022 17:08
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda Taliban administrasiyası ötən günlərdə qadınların universitetlərə getməsini, təhsil almasını qadağan edib.

Daha sonra isə qalmaqallı qərarla qadınların işləməsini, ictimai təşkilatlarda, qeyri-hökumət təşkilatlarında iştirakını qadağan etdiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadınların hüquqlarını əlindən alan bütün qadağalar bir-birinin ardınca gəldiyi bir zamanda Taliban administrasiyasının sözçüsü Suhail Shaheen gözlənilməz etiraf edib. O, öz qızlarının Qətərdə universitetdə oxuduğunu qəfildən ağzından çıxarıb.

Bununla bağlı sosial mediada mənfi reaksiyaya səbəb olan müsahibədə aparıcı Piers Morqanın son aylarda Taliban sözçüsünə verdiyi suallar yer alıb.

"Qızlarınızın Qətərdə oxuduğu doğrudurmu?", - deyə Morqan canlı yayımda sual verib.

"Bəli, əlbəttə", - deyə Taliban sözçüsü Suhail Shaheen cavab verib.

Beləliklə, yayımlanan bu görüntülər Talibanın ölkədə qızların təhsilinə qadağa qoyması, lakin öz qızlarına yaxşı şəraitdə təhsil verməsi və onların təhsilini dəstəkləməsi faktını aşkara çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.