Dünya

Paşinyan Minasyanı işdən çıxartdı

25 Dekabr 2022 21:36
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini Qriqor Minasyanı vəzifəsindən azad edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Qriqor Minasyan Ermənistan Vəkillər Palatasının üzvüdür, "AM" Hüquq Bürosunun rəhbəridir.

Q.Minasyan ilin əvvəlində bu vəzifəyə təyin edilmişdi. Nazir postu isə bu ilin oktyabr ayından, Karen Andreasyan Ali Məhkəmə Şurasına getdikdən sonra boş qalıb.

Yerli mətbuatın xəbərinə görə, Minasyan keçmiş ədliyyə naziri Karen Andreasyanın yaxın dostu olub.

Qriqor Minasyanla bağlı digər maraqlı məqam onun Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın qardaşı olmasıdır. Mikael Minasyan Paşinyan hökumətinə qarşı ən sərt tənqid və ittihamlar yazan siyasətçilərdən hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.