Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi hissə komandirlərinin müşayiəti ilə Suriya ilə sərhədə gedib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Musa Avsevər, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcümend Tatlıoğlu və Türk Hava Qüvvələrinin komandanı Atilla Gülan nazirlə birlikdə Hataya səfər ediblər.
Akar və Türkiyə ordusunun komandirlərini 2-ci korpus komandiri general Mətin Gürak və digər səlahiyyətli şəxslər qarşılayıblar.
Daha sonra nazirin rəhbərlik etdiyi nümayəndə heyəti sərhədə gedərək "Bahar qalxanı" əməliyyatının qərargahını ziyarət edib.
Milli.Az