Dünya

Həkimlər Saakaşvilinin həyatının təhlükə altında olduğunu açıqladı

21 Dekabr 2022 07:22
Baxış: 1 036
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həkimlər Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinin vacib olduğunu qeyd ediblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq prezidentin səhətinin pisləşməsinə səbəb həbs olunmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsidir.

Həkimlər qeyd ediblər ki, Saakaşviliyə xaricdə tətbiq edilən əhəmiyyətli tibbi yardım göstərilməlidir.

Həmçinin, tibbi heyət vurğulayıb ki, o, qərb müalicə müəssisəsinə köçürülmədiyi üçün hazırda həyatı təhlükə altındadır.

Buna səbəb isə Saakaşvilinin Gürcüstanda həyata keçirilməsi mümkün olmayan dörd böyük əməliyyata ehtiyacının olmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.