Dünya

“Minvod” hava limanı qara görə təyyarələri qəbul edə bilmir

19 Dekabr 2022 23:58
Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Stavropol diyarının "Mineralnıye Vodı" hava limanı qar yağması səbəbindən reysləri qəbul etmir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda hava limanının saytında məlumat verilib.

"Güclü qar yağması səbəbindən "Mineralnıye Vodı"  hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir", - məlumatda qeyd olunub.

Bildirilir ki, aeroport xidmətləri gücləndirilmiş iş rejimində işləyir.

Hava limanının saytındakı onlayn tabloya əsasən, Bakı, Penza, İstanbul, Mahaçqala və Moskvadan gələnlər üçün beş reys gecikir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.