Dünya

Alman BMP-lərində ciddi problem aşkarlandı

18 Dekabr 2022 21:17
Baxış: 636
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada təlimlərdə istifadə edilən "Puma" piyada döyüş maşınlarında (BMP) ciddi problem aşkarlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,ölkədə "Puma" piyada döyüş maşınları və "Leopard" tanklarından istifadə etməklə təlimlər başlayıb. Səkkiz günlük təlimdə 18 PDM-in hamısının əməliyyat hazırlığı sıfıra enib. Eyni zamanda, tanklarda belə problemlər müşahidə edilməyib.

Nəşr bildirib ki, BMP-lərdə yaranan ciddi nasazlıq 10-cu Tank Diviziyasının komandiri tərəfindən rəhbərliyə göndərilən məktubda da göstərilib. Qeyd olunub ki, problemlərin əksəriyyəti elektronikada qeydə alınıb, hətta bir BMP-də kabel yanıb.

Nəşr əlavə edib ki, bu yolla NATO-nun çevik reaksiya qüvvələri "Puma" piyada döyüş maşınları deyil, daha köhnəlmiş, lakin etibarlı "Marder" piyada döyüş maşınları əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.