Dünya

Yarımfinal oyunundan sonra Fransada iğtişaşlar: Ərəblər təhqir edildilər - VİDEO

15 Dekabr 2022 15:39
Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən Mərakeş-Fransa (0:2) matçından sonra Fransanın Paris, Nitsa, Monpelye şəhərində iğtişaşlar başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, küçələrə axışan fransalı azarkeşlərlə mərakeşlilər arasında toqquşma olub.

Fransızlar mərakeşli azarkeşlərə qarşı "Ərəblər, rədd olun!" şüarları səsləndiriblər. Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb.

Xəsarət alanların sayı barədə hələlik məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.