Dünya

“Rusiya Ukraynanın işığını söndürə bilmədi”

14 Dekabr 2022 08:40
Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Ukraynanın işığını söndürə bilmədi. Bir ay yarım ərzində səkkiz raket zərbəsi, mindən çox raket və pilotsuz təyyarə bizim enerji sistemimizi məhv edə bilmədi, lakin ən əsası, ukraynalıların sabitliyini poza bilmədi".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

O qeyd edib ki, indi beynəlxalq tərəfdaşların dəstəyi ilə göndərilmiş çoxlu ehtiyat hissələri ilə Ukraynanın enerji infrastrukturunun bərpası irəliləyəcək.

Həmçinin, onun sözlərinə görə, Ukraynada generatorlar vasitəsilə elektrik enerjisinin istehsalı üçün paralel müstəqil infrastruktur artıq yaradılıb.

"Ukraynalılar çox tez və çox yüksək intensivliklə uyğunlaşır və səfərbər olurlar, ona görə də onlar (ruslar - red.) bizi sındırmayacaqlar, biz bu qışdan mütləq keçəcəyik", - Baş nazir əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.