Dünya

Ərdoğan: “Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur”

11 Dekabr 2022 23:57
Baxış: 1 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. "Tayfun" deyirsən, indi Yunanıstan qorxur, "Afinanı vuracaq" deyir".

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən "Gənclik görüşü" tədbirində bildirib.

"Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik", - dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan "Tayfun" 561 km mənzilli ballistik raketdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.