Dünya

"Elə bilirdim ki, bizi öldürəcəklər və zorlayacaqlar"

10 Dekabr 2022 14:34
Baxış: 1 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı teleaparıcı Dana Borisova şəxsi bloqunda qızı ilə Tailandda taksi sürücüsünün hücumundan necə xilas olduqlarını danışıb.

Milli.Az bildirir ki, tanınmış aparıcının ​​dediyinə görə, sükanı idarə edən şəxs narkotikdən istifadə edib, daha sonra onları soymaq üçün yoldan çıxıb kimsəsiz yerə aparıb.

"Bizim yaşadıqlarımızı sözlə ifadə etmək mümkün deyil. Qaranlıq yol, sürücü maşını ilə uçur və yolda narkotik istifadə edir... Bizi aparıb soymaq istəyirdi. Yol kənarındakı otelə qaça bildik. Sonda polisə zəng etmədik. Sürücü qapının yanında maşını saxlayıb içində yatdı", - teleaparıcı deyib.

"Mən elə bilirdim ki, bizi öldürəcəklər və zorlayacaqlar. Mənim üçün şam yandırdığı üçün nənəmə təşəkkür edirəm", - 15 yaşlı Polina sosial şəbəkələrdə yazıb.

Dana Borisova əvvəlcə çox mehriban və nəzakətli olan sürücüyə etibar etdiklərini etiraf edib. Onlar taylandlının yolda narkotik alıb istifadə etməyə başlayacağını təsəvvür edə bilməzdilər. Sənətçi qızı ilə birlikdə ən yaxın otelə qaça bildikdə, kişi onlara yetişib və ona pul verilmədiyini iddia edib. Dana Borisova isə ona izah edib ki, iki min ödəyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.