Dünya

Naməlum şəxs Albaniyanın keçmiş prezidentini yumruqladı - VİDEO

7 Dekabr 2022 17:33
Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naməlum şəxs Avropa İttifaqı-Qərbi Balkan sammiti fonunda keçirilən etiraz aksiyası zamanı Albaniyanın keçmiş prezidenti və müxalif Demokrat Partiyasının lideri Sali Berişanın üzünə yumuruq vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda müxalifətin nümayişinə rəhbərlik edən Berişanın hakimiyyətə qarşı etirazçılarla birlikdə addımladığı görünür. Qəfildən izdihamın arasından bir kişi ona tərəf qaçır və siyasətçiyə yumruq atır.

Məlumata görə, həmin şəxs Berişanın mühafizəçiləri tərəfindən tutularaq döyülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.