Dünya

Aİ Rusiya neftinin qiymət həddi ilə bağlı rəsmi olaraq razılığa gəlib

2 Dekabr 2022 23:52
Baxış: 1 030
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Rusiyadan dəniz yolu ilə tədarük edilən neftə qiymət həddi ilə bağlı rəsmi olaraq razılığa gəlib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Aİ Şurasındakı Çexiya nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Aİ səfirləri Rusiya neftinin qiymətini 1 barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edib.

Qeyd edilib ki, bu qərar həftə sonu rəsmi olaraq təsdiq edilməlidir. Rusiya neftini qiyməti ilə bağlı qərar Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.