Makron və Fransanın elə mahiyyəti budur - Brayza
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəzərə almaq lazımdır ki, Fransa Senatının və Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamələr heç bir praktik əhəmiyət kəsb eləmir. Bunlar sadəcə olaraq heç bir hüquqi qüvvəyə malik olmayan fikirlərdən ibarət qətnamələrdir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a Fransa Senatı və Milli Assambleyasının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri haqqında danışan ABŞ-ın ölkəmizdəki sabiq səfiri və keçmiş Minsk Qrupundakı həmsədri Metyu Brayza deyib.
Brayza Fransanın vasitəçi kimi müzakirələrdə iştirakının qeyri-mümkün olduğunu vurğulayıb:
"Qeyd edim ki, Fransa Prezidenti Makron da Fransa parlamentini idarə bilməyəcəyini ifadə edib. Bu həqiqətdə də belədir. Lakin biz onu da bilirik ki, Fransa və Makron Azərbaycana qarşı başqa addımlar atıb. Onlar İkinci Qarabağ müharibəsində birmənalı şəkildə Bakını günahlandırırdılar. Məsələn, 10 noyabr Üçtərəfli bəyanatı imzalandığı gün Fransada nazirlərdən biri açıq şəkildə Ermənistanı dəstəklədiklərini, Azərbaycanın işğalçı tərəf kimi müharibədə günahkar olduğunu demişdi. Makron da birtərəfli qaydada Azərbaycan əleyhinə çıxışlar edib. Buna görə də hazırki şəraitdə Fransanın vasitəçi rolunu yerinə yetirməsi mümkün deyil. Hesab edirəm ki, Fransa rəsmilərinin bəzən vasitəçilik rollarını yenidən oynamaq istəklərini bildirmələri onların elə özlərinin yaratdıqları siyasi və diplomatik reallıqdan nə qədər bixəbər olduqlarına işarədir. Bu, "biz haqlıyıq", "hamı bizi dinləməlidir" və "əgər bizim istədiyimizi və dediklərimizi etməsəniz, sizə hücum edəcəyik" kimi tipik təkəbbürlü fransız yanaşmasıdır. Bu, müstəmləkəçi yanaşmadır. Fransanın elə mahiyyəti budur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
XƏBƏR LENTİ
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)





