"Ərazi uğrunda mübarizədə qazlara məğlub olduq" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kanada sakinlərinin köçəri qazlarla başları dərddədir və belə görünür ki, hələ bir müddət də belə davam edəcək. Belə ki, yaşayış yerlərində məskunlaşan vəhşi qazlar sakinləri qorxudurlar: hücum edir, heyvanları təqib edir, ətrafı zibilləyirlər. Kanadalı səlahiyyətlilərin quşlarla mübarizəsi isə uğursuzluğa düçar olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İllinoys Universitetinin alimləri qazları qorxutmaq üçün müasir üsullardan istifadə ediblər, lakin bu da faydasız olub. Əvvəlcə tədqiqatçılar quşların davranışını izləmək üçün onların bir neçəsinə GPS ötürücüləri qoşublar. Sonra onları qorxudaraq ərazidən uzaqlaşdırıblar. Bunun üçün quşlara tərəf yerə dəyənəklə vura-vura gediblər. Həmin vaxt ərazini tərk edən qazlar qısa müddətdən sonra geri qayıdıblar.
GPS məlumatlarını araşdırdıqda isə alimlər öz təəccüblərini gizlədə bilməyiblər: Quşlar heç bir təhlükə olmadığı halda ərazini tərk etdikdə, qorxudularaq qovulduqdan daha gec əraziyə qayıdırlar. Çünki özləri bölgədən uzaqlaşırsa, bu onların daha yaxşı yer tapması ilə əlaqədar olur.
Tədqiqatçıların fikrincə, bu, qazların real təhlükəni sadə hədə-qorxudan ayıra bilməsi ilə əlaqədardır.
"İnsanlar qazların nə qədər ağıllı olduğunu dərk etmirlər. Ola bilsin ki, qazları qorxutmaq üçün yaxşı bir üsul tapacağıq, amma çox güman ki, quşlar yaxşı şəraitə görə şəhərlərdə yaşamağa davam edəcəklər. Qazlar ərazi uğrunda döyüşdə hələ ki, insanları məğlub edir", - deyə ekspertlər bildiriblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
Rusiya Ukraynanın itkilərini yenilədi
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





