Dünya

Sevgilisini və bacısını öldürdü

29 Noyabr 2022 19:58
Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Belqorod vilayətində məhkəmə 46 yaşlı yerli sakinin birgə yaşadığı qadını və onun bacısını öldürməsi ilə bağlı işinə baxacaq.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, müttəhim tez-tez sevgilisi ilə mübahisə edib. O qadını döyüb. Sevgilisi isə başına gələnləri bacısına danışıb. Bacısı tez-tez cütlüyə ayrılmağı məsləhət görüb. Yanvarın 30-da Qubkində kişi sevgilisini yenidən döyüb və ona bir neçə bıçaq zərbəsi vurub. Sonra köhnə incikliklərə görə kişi Averino kəndinə gəlib və sevgilisinin bacısını da bıçaqlayıb.

Bundan başqa, proses zamanı təqsirləndirilən şəxs kobudluq edib, iclas iştirakçılarını təhqir edib.

Baş verənlərlə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (Qətl) və 297-ci maddəsinin 1-ci hissəsi ("Məhkəməyə hörmətsizlik") ilə iş başlanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.