Dünya

Zəlzələdən 2 gün sonra uşaq dağıntılar altından sağ çıxarıldı

24 Noyabr 2022 08:30
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada 5,6 bal gücündə zəlzələdən iki gün sonra dağıntılar altından bir oğlan uşağı xilas edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) rəhbəri Suharyanto açıqlama verib.

O, noyabrın 21-də ölkənin Qərbi Yava əyalətində baş verən zəlzələdən iki gün sonra 6 yaşlı uşağın dağıntılar altından çıxarıldığını açıqlayıb.

İndiyə qədər 271 nəfərin həyatını itirdiyi zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü qeyd edən Suharyanto, 2043 nəfərin yaralandığını bildirib.

Suharyanto ölənlərdən 100-nün uşaq olduğunun təsdiqləndiyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.