Dünya

Xüsusi təyinatlılar serblərin olduğu kəndlərə yeridildi

22 Noyabr 2022 08:52
Baxış: 858

Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərə göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Bu gün onlar bütün xüsusi təyinatlılarını şimalda 4 fərqli cinaha göndəriblər. Srbitsa - Zubin - Potok və digər yerə..." - deyə o bildirib.

Prezidentin sözlərinə görə, çərşənbə axşamından etibarən cərimələr yazılmağa başlayacaq.

O bildirib ki, Priştina hakimiyyəti aylardır zorakılıq hərəkətləri planlaşdırıb.

Qeyd edək ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı (RKS - Kosova Respublikası) tələbi irəli sürüb. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics