Dünya

Müharibə başlayandan Ukraynaya 23 milyard dollar yardım edilib

18 Noyabr 2022 23:00
Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ukrayna müharibəsi başlayandan Kiyevə 23 milyard dollardan çox maliyyə yardımı edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Ukraynanın baş naziri vurğulayıb ki, bu məbləğin 4,8 milyardı Avropa İttifaqı (Aİ), 8,5 milyard dolları isə ABŞ tərəfindən verilib.

O əlavə edib ki, Ukrayna hökuməti 2023-cü ildə Aİ-dən 18 milyard avro məbləğində maliyyə yardımı paketi gözləyir.

Baş nazir bildirib ki, bu, büdcə kəsirini ödəmək üçün istifadə ediləcək.

Həmçinin gələn il 37,7 milyard dollar məbləğində maliyyə yardımının ayrılması üçün ABŞ Konqresindən təsdiq gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.