Dünya

Stiv Cobsun köhnə ayaqqabıları hərracda inanılmaz qiymətə satıldı - FOTO

15 Noyabr 2022 18:12
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stiv Cobsun köhnə ayaqqabıları hərracda ekspertlərin gözlədiyindən üç dəfə baha satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Apple"ın mərhum qurucusunun geyindiyi alman firması "Birkenstock" sandalları ötən həftə hərraca çıxarılıb. Mütəxəssislər altı il əvvəl 3400 dollar dəyərində qiymətləndirilən ayaqqabıların indi 60-80 min dollar arasında satılacağını gəzləyirdilər.

Ancaq sonda onlar üçün 218 750 dollar ödənilib. Xatirə əşyasının sahibinin kim olduğu məlum deyil.

Bildirilir ki, Stiv Cobsa 1976-cı ildə Stiv Voznyak ilə bir qarajda bu sandalları geyinərək "Apple" şirkətinin təməlini qoyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.