İstanbul Respublika Prokurorluğu tərəfindən İstiqlal prospektində baş verən partlayışın təhqiqatı üçün səkkiz prokuror və baş prokurorun iki müavini təyin edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
"İstanbul Respublika Prokurorluğu partlayışla bağlı məhkəmə istintaqına başlayıb. İstintaqın səmərəli aparılması üçün 8 dövlət prokuroru və iki baş prokurorun müavini təhkim edilib. Hadisə bütün aspektləri ilə araşdırılır. Hadisəni törədənlərin qısa müddətdə tutulması üçüb araşdırmalar çərçivəsində hadisənin bütün tərəfləri araşdırılacaq" - deyə Bozdağ vurğulayıb.
Milli.Az