Dünya

G20 ölkələri pandemiya fondu yaradır

13 Noyabr 2022 14:09
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

G20 ölkələrinin maliyyə nazirlikləri yeni pandemiyalarla mübarizə üçün nəzərdə tutulan fondun yaradılması barədə razılığa gəliblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikinə istinadən məlumat yayıb.

24 ölkə və təşkilat qlobal fondun inkişafı üçün 1,4 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb.

İndoneziya Səhiyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, yaxın 5-10 ildə bu məbləğ 10 milyarda qədər arta bilər.

Plana görə, bu vəsait yoxsul ölkələr arasında bölüşdürülməlidir.

Bu pul peyvənd, dərman və sınaq avadanlığının alınmasına sərf olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.