Dünya

Ukrayna Xersondan çəkilən Rusiya qoşunlarını atəşə tutdu - ANBAAN VİDEO

12 Noyabr 2022 15:33
Baxış: 2 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Rusiyanın 55 hərbçisini, habelə iki tank, üç özüyeriyən "Msta-S" haubitsasını və bir sursat anbarını məhv edib". 

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbi komandalığı məlumat yayıb. 

Bildirilib ki, Xerson vilayətində 30-dan çox Rusiya hərbçisi həlak olub, 2 tank və 4 yük maşını məhv edilib. 

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun geri çəkildiyi Xerson əyalətinin 3000 kvadratmetrdən çox ərazisinə nəzarəti bərpa edib. Eyni zamanda Ukrayna ordusu Xersondan çəkilən rus qoşunlarını atəş altında saxlıyır. 

Həmin görüntüləri təqdim edirik: 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.