Sağlamlıq

Qulaq çöpündən istifadə etməyin - Həkim xəbərdarlıq etdi

29 İyul 2025 22:00
Baxış: 1 218
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həkim Toni Farmer qulaq təmizliyində pambıq çubuqlardan istifadənin təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, o, "Infobae" nəşrinə açıqlamasında deyib ki, pambıq çubuqlardan istifadə zamanı qulaq kiri qulaq kanalının daha dərin hissəsinə doğru itələnir. Bu isə qulaq yolunun tutulmasına, ağrılara və hətta burun pərdəsinin (baraban pərdəsi) cırılmasına gətirib çıxara bilər.

Başqa həkim Brüs Stüart əlavə edib ki, qulaq kiri orqanizmin təbii müdafiə vasitəsidir. Onun sözlərinə görə, qulaq yolunu tez-tez təmizləmək dərinin qurumasına, qıcıqlanmaya və ekzema yaranmasına səbəb ola bilər. O, pambıq çubuqlardan imtina etməyi və yalnız qulağın xarici hissəsini təmizləmək üçün nəm salfetlərdən istifadə etməyi tövsiyə edib.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.