Amerika

Tramp Rusiyaya 10 gün vaxt verdi

29 İyul 2025 22:21
Baxış: 738
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vaşinqton administrasiyası 10 gün ərzində Ukraynadakı münaqişənin nizamlanmasına dair Rusiya ilə razılığa gəlmək istəyir, əks halda idxal rüsumları tətbiq olunacaq.

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

"Bu gündən 10 gün" deyən Amerika lideri yuxarıda qeyd olunan razılaşmalara nail olmaq üçün əvvəllər təyin etdiyi 50 günlük müddəti necə azaldacağı ilə bağlı suala cavab verib.

"Sonra biz tariflər və başqa şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm" - Tramp əlavə edib.

Trampın sözlərinə görə, Rusiya tərəfi yəqin ki, müharibəni davam etdirmək istəyir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.