Hadisə

Xəstəxana əməkdaşı bulaq başında döyüldü - FOTO

30 İyul 2025 00:49
Baxış: 886
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Füzuli Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı döyülüb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində Şıxəli adlanan bulaqdan su doldurarkən baş verib.

Rayon sakini Ceyhun Mehdiyev ailəsi ilə birlikdə su doldurarkən orada olan rayon sakinləri ilə aralarında mübahisə yaranıb.

Əlbəyaxa dava nəticəsində Ceyhun Mehdiyev, 1962-ci il təvəllüdlü Alıyev Kazım Əkbər oğlu və onun qardaşları,  1979-cu il təvəllüdlü Alıyev Yalçın Əkbər oğlu, 1966-cı il təvəllüdlü Alıyev Ələsgər Əkbər oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Dava zamanı xəsarət alan C.Mehdiyev Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş tibb qardaşı vəzifəsində çalışır.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.