Ölkə

“Hilton Baku”dakı qiymətlər turistləri şoka saldı - FOTO

29 İyul 2025 19:48
Baxış: 1 088
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Hilton Baku" hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, turistlər özləri də ödədikləri 1290 manatlıq hesaba görə təəccübləniblər.

Paylaşılan ödəniş qəbzindən aydın olur ki, qonaqlar bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız "Sirab" üçün 11 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartmasının 1 nəfərlik porsiyası üçün 12 manat, 1 porsiya qarışıq kabab setinə 85 manat ödəyiblər.

Müştərilərin ümumi hesabı 1229 manat, servis xidməti isə 5 faiz hesablanıb. Ümumilikdə ödənilən məbləğ 1290 manat olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.