Dünya

Bu döyüşü uduzsaq, Rusiya trilyonlar ödəməli olacaq

8 Noyabr 2022 13:11
Baxış: 1 397
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xersonun itiriləcəyi halda Qərb Birinci Dünya müharibəsinin nəticələrinə görə, Almaniya ilə bağladığı Versal Sülh Müqaviləsi presedentini Rusiyaya da şamil edə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Dmitri Solonnikov deyib.

"Bu danışıqlarda Rusiyaya irəli sürüləcək tələblər əvvəlcədən məlumdur. Belə ki, Rusiya yeni ilhaq etdiyi bütün bölgələri, eləcə də Krımı Ukraynaya verməli olacaq. Bundan əlavə, biz Kiyevə təqribən 50 il ərzində bir neçə on trilyon dollar məbləğində təzminat da ödəməli olacağıq", - D.Solonnikov bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya ordusu Xersonu müdafiə edərsə, Ukraynanın Qərb kuratorları yenə də danışıqlarda Kiyevin gücünü bərpa etməsi üçün vaxtı uzatmaq məqsədilə sülhə israr edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.