Dünya

“Şouşenkdən qaçış” filmindəki İncil hərracda satılıb - FOTO

8 Noyabr 2022 17:33
Baxış: 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Frank Darabontun "Şouşenkdən qaçış" filminin çəkilişlərində istifadə olunan İncil Londonda "Propstore" hərracında satılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kitab yeni sahibinə 387 500 funt-sterlinqə (440 000 dollar) başa gəlib.

Filmin qəhrəmanı kitabın içərisində daş çəkic gizlədib. Bu alətlə personaj həbsxanadan qaçmaq üçün özünə yol açıb.

Məlumata görə, çəkiliş zamanı yalnız bir İncil nüsxəsi istifadə olunub. Belə ki, çəkicin konturunun kəsilməsi prosesi dəqiqlik və böyük əmək tələb edib.

Qeyd edək ki, "Şouşenkdən qaçış" filminin premyerası 1994-cü ildə baş tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.