Dünya

Ərdoğan Avropa liderlərinə Putinlə bağlı çağırış edib

2 Noyabr 2022 23:39
Baxış: 1 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Praqada kiminlə görüşdümsə, Putinin əleyhinə danışırdı. Mən də dedim ki, yanlış edirsiniz. Rusiya kimi bir dövlətin başçısına hər yerdə belə mənfi yanaşsanız, o da bir lider olaraq öz duruşunu özünü əzdirmədən göstərəcək".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.

"Bir lider olaraq sizə hücumlar edilsə, siz buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Cənab Putinin də etdiyi budur. Dünyada 3-5 hörmətli ölkələrdən olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil", - Türkiyə lideri vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.