Dünya

Qırğızıstanda fövqəladə vəziyyət rejimi ləğv edilir

28 Oktyabr 2022 22:42
Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstanda koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından tətbiq edilən fövqəladə vəziyyət rejimi noyabrın 1-dən ləğv ediləcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq qərarı hökumət başçısı Akılbek Japarov imzalayıb. Qərarın qəbulu ölkədə epidemioloji vəziyyətin sabitləşməsi və xəstələnmə səviyyəsinin azalması ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin məlumatına görə, son vaxtlar qeydə alınan bütün COVID-19 halları yüngül və ya asimptomatikdir, ağır və ya ölümlə nəticələnən hallar müşahidə edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.