Dünya

Makron fransızlara daha çox işləməyi tövsiyə edib

27 Oktyabr 2022 08:44
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron fransızlara bildirib ki, böhran fonunda eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün daha çox çalışmalı olacaqlar.

Milli.Az "Report"a istinadən bildirir ki, o, bu fikri "France 2" telekanalına müsahibəsində bildirib.

Jurnalist dövlət başçısından fransızlara yüksək inflyasiya şəraitində alıcılıq qabiliyyətini necə saxlamaqla bağlı məsləhətlər verməsini xahiş edib. Fransa dövlətinin başçısı ona belə cavab verib: "Əgər uğur qazanmaq istəyiriksə, tərəqqi istəyiriksə, daha çox işləməyə başlamaqdan başqa çarəmiz yoxdur".

Makron əlavə edib ki, kim daha çox işləyirsə, dövlət iş vaxtından artıq işlədiyi saatlara görə onu vergi ödəməkdən azad edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.