Dünya

Anasını öldürdü və qardaşına qəribə mesaj yazıb intihar etdi

27 Oktyabr 2022 03:44
Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı kişi Moskvanın cənub-qərbində 85 yaşlı anasını öldürərək intihar edib. Onun meyiti 26 Bakı Komissarları küçəsi ünvanındakı evin girişinin eyvanında, qadının meyiti isə səkkizinci mərtəbədəki mənzildə aşkar edilib.

Milli.Az xəbər verir ki, Life-ın mənbəsinin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, qurbanların qohumundan qəribə xəbər aldıqdan sonra hadisə yerinə gediblər.

Narahat olan şəxs telefonla polisə deyib: "Qardaşım zəng edib dedi: "Ana artıq yoxdur, dava oldu, mən də burada olmayacağam. Gəl, qapını sındır".

Paytaxtın İstintaq Komitəsindən verilən məlumata görə, hazırda müstəntiqlər və məhkəmə-tibb ekspertləri faciə yerində işləyir, qonşuları dindirir və baş verənlərin mənzərəsini bərpa edirlər. Qətlə yetirilən qadının 50 yaşlı oğluna ölümdən sonra psixoloji və psixiatrik ekspertiza təyin edilib. Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.