Dünya

Özbəkistanda hərbi anbarda partlayış - 3000-dən çox bina zədələndi

23 Oktyabr 2022 12:47
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 22-də Sırdərya vilayətində Özbəkistan Müdafiə Nazirliyinin anbarında baş verən partlayış nəticəsində 3700-dən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib", - məlumatda qeyd olunur.

Bildirilib ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yanğın tez bir zamanda söndürülüb, vəziyyət stabilləşdirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.