Dünya

BMT: Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir - STATİSTİKA

23 Oktyabr 2022 10:31
Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə statistik məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının "Aclıq xəritəsi"ndə yer alıb.

Məlumata görə, Ermənistanda 500 min insan qida çatışmazlığı ilə üzləşib.

Qeyd edilir ki, hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir.

Eyni zamanda, qeyd edilir ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 10 min nəfər artıb.

Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.