Dünya

Poliqona gedən gənc başına atəş açaraq İNTİHAR ETDİ

22 Oktyabr 2022 08:57
Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə atış poliqonuna gedən 25 yaşlı gənc bir neçə atəş açdıqdan sonra nəzarətçi yanınandan uzaqlaşan kimi tapançanı başına dayayaraq intihar edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.

Gəncin atəş açaraq qan içində yerə yıxıldığı anlar təhlükəsizlik kamerasına əks olunub.

Kayapınar mahalı Peyas Mahallesi Urfa Bulvarı Altınşehir 1 Plaza altındakı Poliqon21-ə atəş açmağa gedən 25 yaşlı M.S.T., müfəttişin müşayiəti ilə bir neçə atəş açıb. Poliqondakı səlahiyyətli şəxslər vəziyyəti polisə bildirdikdən sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Həkimlər müayinə zamanı 25 yaşlı gəncin dünyasını dəyişdiyini müəyyən edib.

Polis qrupları və prokuror hadisə yerində araşdırmalarını tamamladıqdan sonra 25 yaşlı gənci yarılma üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.