Göygöldən müharibəyə çağırıldı, 156 düşmən əsgərini əsir götürdü, Qazaxıstana sürgün edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illər Azərbaycanda yaşamış bu hərbçinin hesabında 156 düşmən əsiri var. Onun başı üçün almanlar 25 min, canlı ələ keçirilməsi ümün isə 50 min reysmarka təklif edirdi. Xidmət dövrü ərzində 2 dəfə ağır olmaqla, 5 dəfə yaralanmışdı. Buna baxmayaraq, 1945-ci ilkdə o, Berlin şəhəri uğrunda döyüşlərə də qatıldı və yalnız 1949-cu ildə təqaüdə çıxdı.
Milli.Az Azərbaycanın Göygöl şəhərində yaşamış yunan əsilli sovet hərbçisi Vasili Fisatidi və onun şücayət yoluna işıq salır.
Jurnalistlər öz nəşrlərində onu fərqli formalarda adlandırıblar. Ancaq qəhrəmanın xarakterini və əməllərini əks etdirən ən uğurlu ləqəb "Kəşfiyyat Şahini"dir. 1940-cı ildə Azərbaycanın Xanlar şəhərindən (indki Göygöl) Qırmızı Ordu sıralarına rəssamlıq məktəbinin məzunu, Anapa şəhərində doğulmuş19 yaşlı yunan əsilli Vasili Fisatidi çağırılır. Tutqun baxışı və fotoqrafik yaddaşı olan gənc hərbi kəşfiyyat məktəbini bitirir. O hətta SSRİ-Almaniya müharibəsi zamanı cəbhədə xidmət edərkən peşə qabiliyyəti üçün imtahan verməli idi. 118-ci atıcı diviziyanın 69-cu artilleriya alayının topoqrafiya xidmətinin əməkdaşı kimi xidmət aparan Fisatidi ilk dəfə 1942-ci ilin avqust ayında özü haqda söz etdirdi. O vaxta qədər bir neçə dəfə düşmən döyüş birləşmələrinin yerləşdiyi yerə gedən hərbçi, 6 düşmən hədəfini təyin etdi və hücum zamanı üç yaralı həmkarını döyüş meydanından çıxara bildi. Buna görə "Döyüş Xidmətlərinə Görə"medalına layiq görüldü. Sonra o 140-cı piyada diviziyasının 69-cu kəşfiyyat bölüyündə tağım komandiri kimi fəaliyyət göstərdi və bir neçə yüksək mükafata: Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz, həmçinin Aleksandr Nevski Ordeni ilə təltif olundu. Döyüş tapşırıqlarını yerinə yetirən leytenant Fisatidi qətiyyətlə hərəkət edir və şəxsi nümunəsi ilə döyüşçülərini ruhlandırırdı. Vasili Fisatidinin günün istənilən vaxtında və istənilən vəziyyətdə alman əsiri tuta biləcəyinə inanılırdı. 1943-cü ilin avqustunda düşmənin arxasına keçən kəşfiyyatçılar, alman qərargahına qumbara atdılar, 9 əsgəri məhv etdilər, əsir götürdülər və sənədləri ələ keçirdilər. Həmin ilin sentyabr ayında bir qrup kəşfiyyatçı ilə Vasili Fisatidi düşmən müdafiəsinin ön cəbhəsində 43 alman əsgərini və zabitini əsir götürdü və hamısını bölmənin qərargahına apardı. 1944-cü ilin avqustunda leytenant Fisatidinin tağımı Volkovo kəndi uğrunda döyüşlərdə iştirak etdi. Kəşfiyyatçılar özlərini yaxşı göstərdilər, 40 düşməni məhv etdilər və 35 düşmən əsgərini əsir götürdülər. Ümumilikdə, müharibə illərində Vasili Fisatidi qərargahına 156 alman əsiri gətirdi. Kəşfiyyatçı müharibəni kapitan rütbəsi ilə bitirdi. 1949-cu ilə qədər Almaniyada Sovet işğalçı qüvvələri qrupunda xidmət etdi və sonra ailəsinin yerləşdiyi Azərbaycanın Zaqatala şəhərinə qayıtdı. Tezliklə yunan milliyətindən olan şəxslərin Qazaxıstana sürgünü ilə bağlı Fisatidi də deportasiyaya uğradı. Qazaxıstanda yaşayan, Sovet İttifaqı Qəhrəmanı adını almayan müharibə qəhrəmanı 1984-cü ilin noyabrına qədər yaşadı. /lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir





