Dünya

Rusiyanın atdığı raketlərin 60 faizini vururuq - Reznikov

21 Oktyabr 2022 23:27
Baxış: 968
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən atılan bütün raketlərin 60%-ni vurmağı bacarır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Ukrayna müdafiə naziri Aleksey Reznikov çıxış edib.

Onun sözlərinə görə, yaxın aylarda Ukrayna hava hücumundan müdafiəni xeyli gücləndirəcək:

"Demək istəyirəm ki, bizim hava hücumundan müdafiə sistemlərimiz bu gün artıq hava hədəflərinin 60%-ni vurur. Bu, qanadlı və ballistik raketlərə aiddir. Pilotsuz uçuş aparatlarında isə bu rəqəm qat-qat yüksəkdir. Biz faizi artırmağa çalışacağıq. Düşünürəm ki, bir neçə aydan sonra hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.