Dünya

Ermənistan Yuxarı Lars keçid məntəqəsində giriş-çıxışa nəzarəti gücləndirib

21 Oktyabr 2022 22:53
Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində giriş-çıxışa nəzarəti gücləndirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan deyib.

O, bunu Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun da iştirak etdiyi erməni sahibkarlarla görüşdən sonra açıqlayıb.

Onun sözlərinə görə, Krım körpüsündə törədilən terror aktından sonra keçid məntəqəsində nəzarət gücləndirilib.

Nazir əlavə edib ki, artıq Reşetnikovla keçid məntəqəsində yüklərin daşınması üçün daha sərbəst icazənin bərpası məsələsini müzakirə edib və hazırda orada böyük növbələrin yarandığını qeyd edib.

O, həmçinin Gürcüstanın Poti ilə Rusiyanın Kavkaz limanı arasında alternativ bərə reyslərinin açılmasının zəruriliyini və hava yüklərinin daşınmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, oktyabrın 12-də Krım körpüsündə terror aktının hazırlanmasında iştirak etdiklərinə görə səkkiz nəfərin saxlanılması barədə məlumat yayılıb.

Onların arasında beş Rusiya, üç Ermənistan və Ukrayna vətəndaşı da var.

FTX-nin məlumatına görə, partlayıcı qurğunun çatdırılma marşrutu Bolqarıstan, Ermənistan və Gürcüstan ərazilərindən keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.