Dünya

Rusiyada saxlanılan ukraynalı əsirlərin sayı açıqlandı

20 Oktyabr 2022 20:20
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

600-dən çox Ukrayna hərbçisi Rusiyada əsirlikdədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın BMT-nin Baş Qərargahındakı daimi nümayəndəsi Qennadiy Qatilov bu gün brifinq zamanı deyib.

Qatilov onu da əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələrinin Rusiyaya 5-6 səfəri olub və onlar ukraynalı əsirlərlə görüşüblər. O, Rusiyada əsirlərə qarşı pis rəftarın olmadığını deyib.

"Biz BQXK-ya bəyan etmişik ki, əsirlər məsələsi ilə bağlı əməldaşlığı davam etdirəcəyik. Bəzən onlardan hər birinin ziyarətini təşkil etmək olmur, lakin problem bu ziyarətlərin sayında deyil, keyfiyyətində və əldə olunan nəticələrdədir", - Qatilov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.