Dünya

Bu ölkələr “Avroviziya-2023”dən imtina etdilər

16 Oktyabr 2022 21:00
Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dörd ölkə "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Eurovisionwolrd.com" məlumat yayıb.

Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər.

Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib.

Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb.

2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina "Avroviziya-2023"də də iştirak etməyəcək.

Bolqarıstan isə müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.