Dünya

Qadının taksidə sancısı tutdu: Sürücü çarəsiz qaldı...

15 Oktyabr 2022 20:53
Baxış: 1 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sürücü taksidə sancısı tutan qadının uşaq dünyaya gətirməsinə kömək edib, sonra onları xəstəxanaya aparıb. Hadisə Rusiya paytaxtında baş verib.

Məlumata görə, Sunatullo Mirzoyev səhər saat dörd radələrində sifarişi yerinə yetirmək üçün ünvana gəlib. Sərnişinin hamilə olduğunu görən sürücü onunu əyləşməsinə kömək təklif etsə də qadın imtina edib. Bundan sonra Mirzoyev sükan arxasına keçib. Ancaq yola düşmək istəyərkən qadın qışqıraraq doğuş sancısı gəldiyini deyib. Çarəsiz qalan sürücü doğuşu özü qəbul etməli olub.

"Uşağın başını tutmuşdum, o da tutmuşdu. Mən də qışqırırdım, o da. Sonra körpəni qadının qarnına qoydum, pencəyimi üstlərinə örtdüm", - deyə Mirzoyev həyəcanlı halda olanları danışıb.

Taksi sürücüsü qadını xəstəxanaya qədər müşayiət edib, müəssisənin içərisində də kömək edib.

Məlumata görə qadın və körpəsinin vəziyyəti yaxşıdır. Qızın çəkisi üç kiloqramdır.

Körpənin valideynləri Sunatullo Mirzoyevi xaç atası etmək qərarına gəliblər, o, bu təklifi məmnuniyyətlə qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.