Dünya

Maskın ətrinin bir şüşəsi 100 dollardır - 1 gündə 10 min sifariş...

13 Oktyabr 2022 20:04
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən zəngin iş adamı İlon Mask sosial şəbəkədəki səhifəsində "Yanmış saç" ("Burned Hair") adlı ətirin satışına başladığını açıqlayıb.

O, bu ətri sentyabrın sonunda təqdim edib. Oktyabr ayında isə ətir şüşəsinin dizaynı açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cari ayın 12-də Mask ətrin satışına başlayıb və əvvəlcədən ödəniş olunmaqla artıq ən azı 10 min şüşə sifariş alıb. Alıcılar sifarişlərini 2023-cü ilin birinci rübündə təslim alacaqlar.

Bir şüşə ətirin qiyməti 100 dollardır. Mask vəd edir ki, ətrin sahibi "izdihamdan seçilə" və "hava limanında gəzərkən diqqət çəkə" biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.