Dünya

Rusiyaya sanksiya tətbiq edəcək sahə qalmayıb - Baş nazir

9 Oktyabr 2022 18:31
Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Birliyi Rusiyaya yeni sanksiyalar tətbiq etməkdə çətinlik çəkir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kaja Kallas danışıb.

Kallas qeyd edib ki, sanksiyaların tətbiq oluna biləcəyi çox sahələr qalmadığı üçün bu, artıq problemdir.

Onun fikrincə, Avropa Birliyinin bu mövzuda vahid mövqe tutması getdikcə çətinləşir.

Qeyd edək ki, AB cümə axşamı günü həm yeni iqtisadi məhdudiyyətlər, həm də şəxsi sanksiyaların genişləndirilmiş siyahılarını özündə birləşdirən səkkizinci antirusiya sanksiyalar paketini təqdim edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.