Dünya

Kişi arvadını uşağın gözü qarşısında döyüb öldürdü - SƏBƏB

9 Oktyabr 2022 02:44
Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Kemerovo vilayətində məhkəmə 35 yaşlı yerli sakinin həyat yoldaşının öldürülməsi ilə bağlı işinə baxacaq.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

İdarənin məlumatına görə, Kiselevskdə kişi iş günündən sonra evə qayıdıb. Arvadının telefonunu görüb ona baxmaq qərarına gəlib. Orada kişi yazışmaları aşkar edib və həyat yoldaşını qısqanıb. O, azyaşlı uşağın gözü qarşısında onun başına və bədəninə təpik və yumruq zərbələri endirib. Qadının döyüldüyünü eşidən qonşular anasına xəbər veriblər, o isə təcili yardım çağırıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra dünyasını dəyişib.

Cütlüyün iki övladının olduğu məlum olub. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ("Qəsdən sağlamlığa ağır zərər vurma") ilə iş başlanıb. Təqsirləndirilən şəxs təqsirini tam etiraf edib. İndi o, həbsdədir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.